Bu ilin fervalın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankomatların sayının regionlar üzrə renkinqi açıqlanıb.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu dövrdə ölkə üzrə 3 min 328 bankomat olub.
Bunun da 1 785-i Bakı iqtisadi rayonun payına düşüb.
Abşeron-Xızı iqtisadi rayonunda bakomatların sayı 233, Gəncə-Daşkəsən iqtisadi rayonunda 169, Şəki-Zaqatala iqtisadi rayonu 141 bankomat olub.
Ən bankomat olan region isə Şərqi Zəngəzur iqtisadi rayonu (15 bankomat) olub. Ondan sonra Dağlıq Şirvan iqtisadi rayonunda isə bankomatların sayı 57 olub.