Bu ilin birinci rübü üzrə Azərbaycanda internet provayderləri ilə bağlı şikayət indeksi və müraciətlərin orta cavablandırılma müddətləri açıqlanıb.
Telekommunikasiya xidmətlərindən ən çox şikayət edilən rayonlar açıqlanıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) hesabat dərc edib.
Hesabata əsasən, ən çox şikayət olunan provayderlər (ilk beşlik)
"Eurosel" MMC (7,49),
"Sline" MMC (6,49),
"Bulud Telecom" MMC (4,63),
"Azlink" MMC (4,32),
"Megalink" MMC (2,71) olub.
Bu şirkətlərdən ilk ikisinin şikayət indeksi yaxşılaşıb, digər üçünün isə pisləşib.
Ortalama cavablandırma müddətinin çox olmasına görə isə, ilk beşlikdə ardıcıl olaraq
"Smart Sistemz Technokoji" MMC (23 gün),
"Bulud Telecom" MMC (12 gün),
"Azqtel" (11 gün),
"Uninet" MMC (11 gün),
"Megalink" MMC (9 gün) qərarlaşıb.
Qeyd edək ki, şikayət indeksi müştəri məmnuniyyətini ölçmək üçün istifadə edilən bir göstəricidir. Bu, müştərilərin bir məhsul və ya xidmətdən hansı səviyyədə razı qaldıqlarını göstərir. Şikayət indeksinin yüksək olması müştəri məmnuniyyətinin az olduğunu, aşağı olması isə müştəri məmnuniyyətinin daha yüksək olduğunu bildirir.







![Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb - [red]TAM SİYAHI[/red] | FED.az](upload/news/small/2952070.jpg)
![Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb - [red]TAM SİYAHI[/red] | FED.az](upload/news/small/3423664.png)
![Azərbaycanda ən çox şikayət edilən internet provayderləri açıqlanıb - [red]TAM SİYAHI[/red] | FED.az](upload/news/small/1988210.png)








