2021-ci ilin yanvar ayında Azərbaycanın mobil qurğular bazarında "Samsung" liderliyini qoruyub.
FED.az xəbər verir ki, “Global Stats” statistika mərkəzinin bildirdiyinə görə, smartfon və mobil telefonlar bazarında "Samsung"un payı ötən ilin dekabrı ilə müqayisədə 0,77 faiz artaraq 45,48 faiz təşkil edib.
Eləcə də bax: Snapdragon 888-ə sahib ilk smartfon: "Xiaomi Mi 11" təqdim olunub – QİYMƏTİ
İkinci yerdə qərarlaşan "Xiaomi"nin bazarda payı 0,53 faiz artaraq 31,45 faiz olub.
"Apple" smartfonlarının payı isə dekabrla müqayəsədə 0,71 faiz artıb və 14,72 faizə bərabər olub.
Azərbaycanın mobil qurğular bazarında "Huawei"in payı 5,19 faiz, LG-nin payı 0,57 faiz, "Lenovo"nun payı isə 0,5 faiz təşkil edib. (Trend)