Bu ilin oktyabr ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 0,02 faiz bəndi azalıb.
Eləcə də bax: «Azercell»dən internet açıqlaması – "SÜRƏTİ 30% ARTIRACAĞIQ"
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, "Global Stats" statistika mərkəzinin hesabatına görə, noyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 56,8% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 46,4 faiz bəndi çoxdur. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 0,3 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabr ayının 1-nə 15,4% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 58 faiz bəndi azdır.
Bu ilin oktyabr ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,7 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, "YouTube" Azərbaycanın sosial media bazarında 11,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 7,2%, "Twitter" – 4,6%, "Tumblr" – 2,3%, "VKontakte" – 0,6% və s.