Bu ilin iyul ayında Azərbaycanın brauzer bazarında “ “Safari” lider olub. Brauzerin bazar payı aylıq müqayisədə 2,82 faiz bəndi artaraq 10,11 faiz təşkil edib.
Bu barədə FED.az “Global Stats” Statistika Mərkəzinə istinadən xəbər verir.
Bu göstəriciyə görə, ikinci yerdə “Samsung Internet” dayanır. Hesabat ayında bu platformanın payı aylıq ifadədə 0,70 faiz bəndi artaraq, 3,53 faizə çatıb.
Siyahıda üçüncü yerdə 2,73 faizlə “Opera” gəlir (aylıq 0,84 faiz bəndi artım).
Bu göstəriciyə görə, dördüncü yerdə “Yandex Browser” gəlir. Onun yerli bazarda payı ötən ayla müqayisədə 0,53 faiz bəndi artaraq, 1,87 faiz təşkil edib.
“Edge” brauzeri 1,76 faizlə Azərbaycanın brauzer bazarında populyarlığına görə beşinci yerdə qərarlaşıb (ay ərzində 0,58 faiz bəndi artım).
Reytinqdə altıncı yeri 0,84 faiz göstərici ilə “FireFox” tutub (əvvəlki ayla müqayisədə 0,33 faiz çox).
Siyahıda sonrakı yerlərdə isə müvafiq olaraq 0,51 faizlə “Brave” (0,21 faiz bəndi artım) və 0,18 faizlə “UC Browser” (0,07 faiz bəndi artım) qərarlaşıb.