Azərbaycanın sosial şəbəkə bazarında 2021-ci ilin avqustunda “Facebook” 72,31 faiz payla birinci yerdə olub. Belə ki, iyul ayı ilə müqayisədə “Facebook” istifadəçilərinin fəallığı avqustda 33% artıb.
Eləcə də bax: 1 milyard istifadəçi - Facebook-a Çatmaq İstəyir
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Global Stats” statistika mərkəzinə görə, ikinci yerdə 8.51% göstərici ilə “YouTube” qərarlaşıb. “Instagram” istifadəçilərinin fəallığı ötən ay 4,26 faizə bərabər olub.
“Twitter” istifadəçilərin fəallığı isə avqustda kəskin azalıb. Belə ki, cari ilin iyul ayında Azərbaycanın media bazarında “Twitter” 29.2% bazar payı ilə ikinci yerdə qərarlaşmışdırsa, avqust ayında “Twitter” istifadəçilərinin fəallığı azalması, beşinci yerə düşməsinə səbəb olub.