Azərbaycanda elektron ticarət vasitəsilə əməliyyatların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə elektron ticarət vasitəsilə 54 milyon 315 min əməliyyat aparılıb.
Bu da illik müqayisədə 30 milyon 825 min (2,3 dəfə), aylıq müqayisədə 8 milyon 64 min ədəd (17,4%) artım deməkdir.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 23 milyon 490 min ədəd, cari ilin oktyabrın 1-nə 46 milyon 251 min ədəd olub.