Bu ilin birinci yarısında Azərbaycanın 52 dövlət qurumunun domeninə analoq olan saxta domenlər aşkarlanıb.
"Prezidentin rəsmi saytına saniyədə 4 milyondan çox DDOS hücum olub"
FED.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda keçirilən Dövlət qurumlarının İT rəhbərlərinin 2-ci sammitində deyib.
"Bu domenlər xüsusi kiberkəşfiyyat vasitələri ilə qeydiyyat zamanı artıq aşkarlanıb. Müvafiq dövlət orqanları ilə bütün ölkədə onları bloklamışıq", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, onların bloklanması həm də minlərlə kiberhücumların hazırlıq mərhələsində bloklanması deməkdir. (Trend)