01.12. 2025-ci il tarixindən etibarən “Naxtel” MMC tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi dayandırılacaq.
Azərbaycanda mobil operatorların aylıq gəliri – 100 MİLYON MANATI KEÇDİ
FED.az xəbər verir ki, “Naxtel” MMC abunəçilərinin hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanılması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün 01.10. 2025-ci il tarixindən 01.12.2025-ci il tarixinədək ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına (Azercell, Bakcell, Nar) müraciət etmələri tövsiyə olunur.
Qeyd edilən tarixədək yuxarıda adları çəkilən mobil operatorların şəbəkəsinə keçid etməyən abunəçilərin nömrələri onların istifadəsindən çıxarılacaq (ləğv ediləcək) və həmin nömrələr üzrə mövcud müqaviləyə xitam veriləcək. Müqaviləyə xitam verilməsi ilə nömrədə mövcud olan və fərdi qaydada aktiv edilmiş xidmət(lər) deaktiv ediləcək, SIM kartın balansında qalan istifadə edilməmiş vəsaitlər silinəcək (sıfırlanacaq).
“Naxtel” MMC qeyd olunan tarixədək istifadə edilməmiş və silinmiş (sıfırlanmış) vəsaitlərin geri qaytarılması və ya bu vəsaitlər üzrə hər hansı bir məbləğdə kompensasiya ödənilməsinə görə məsuliyyət daşımır və bu kimi tələblərdən imtina etmək hüququna malikdir.
Dəyişikliklər haqqında ətraflı məlumatı “Naxtel” MMC-nin Telefon Mərkəzindən (299) əldə etmək mümkündür.