Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 11,436 mln. ABŞ dolları (19,442 mln. manat) dəyərində televizor idxal edib.
Eləcə də bax: Azərbaycanda mobil operatorlar üçün 4G və 5G lisenziyalarının qiyməti - MƏLUM OLDU
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 54,9%, dəyər ifadəsində isə 51,8% çoxdur. İdxal bazarına gəldikdə, hesabat dövründə Azərbaycana ən çox televizor tədarük edən ölkə Çin olub. Sözügedən ölkə Azərbaycana 1,823 mnl. dollar dəyərində (3,099 mln. manat) 14 643 ədəd televizor ixrac edib.
Dəyər ifadəsində isə Azərbaycana ən çox televizor Rusiyadan gətirilib. Yanvar-fevralda Azərbaycan Rusiyadan 6,645 mln. dollar (11,297 mln. manat) dəyərində 12 856 ədəd televizor idxal edib. (Apa)