Azərbaycanda bir sıra informasiya resursları kütləvi haker hücumuna məruz qalıb.
Ötən ay dövlət qurumlarına kiberhücum 45 faiz artıb
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu səbəbdən report.az, oxu.az, azpolitika.info, baku.ws, caliber.az və digər saytların fəaliyyətində problemlər yaranıb.
Hazırda həmin saytlara giriş məhdudlaşıb.
Qeyd edək ki, haker hücumuna məruz qalan “Report” informasiya agentliyinin və azpolitika.az saytında “Hüseynçilər” hərəkatının loqosu yerləşdirilib.