İstehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edəcək.
Eləcə də bax: Bakıda internetin sürəti - ARTIRILIR
MMC-dən FED.az-a bildirilib ki, abunəçilərin daha sürətli internetə keçidini təmin etmək məqsədilə GPON (Giqabit Passiv Optik Şəbəkə) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri avqustun 6-dan müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürüləcək.
Qeyd edək ki, GPON internet xidməti fiber-optik xətləri üzərindən təmin edilir. Bu texnologiya 100 mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz rabitə və telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malikdir.