Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 53 milyon 143 min ABŞ dolları dəyərində 209,8 ton beynəlxalq poçt göndərişləri olub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə 2023-cü ilin eyni dövrü ilə müqayisədə poçt göndərişləri dəyər ifasəsi ilə 6 milyon 471 min dollar və ya 11 %, miqdar ifadəsi ilə 30,7 ton və ya 13 % azdır.
9 ay ərzində Azərbaycana xarici ölkələrdən 50 milyon 836 min ABŞ dolları dəyərində 204,9 ton poçt göndərişi gətirilib ki, bu da 1 il əvvələ nisbətən məbləğ ifadəsi ilə 6 milyon 192 min dollar və ya 11%, miqdar ifadəsi ilə 28,6 ton (12,4%) azdır.
Hesabat dövründə Azərbaycandan xaricə isə 2 milyon 307 min ABŞ dolları dəyərində 4,8 ton poçt göndərişi ixrac edilib ki, bu da illik müqayisədə dəyər ifadəsi ilə 275 min dollar (10,6%), miqdar ifadəsi ilə 2,1 ton 29,9% azdır.