Azərbaycanda aktiv startapların sayı 100-ə çatıb, amma gələn ilin sonuna bu rəqəmin 450-yə çatdırılması nəzərdə tutulur.
"Şəhərlərin rəqəmsal əkizləri yaradılacaq"
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva startap ekosistemi ilə görüşdə bildirib.
Bundan başqa, onun sözlərinə görə, rəhbərlik etdiyi qurumun 2022-2023-cü illərdəki fəaliyyətindən 5 000-ə qədər benefisiar yararlanıb.
“Hazırda texnoparkımızın 63 rezidenti var. Bunun cəmi bir neçəsi xarici rezidentlərdir. Amma ən qısa zamanda onların sayını 50-yə çatdırmağı düşünürük. Agentlik olaraq planlarımıza ölkədə 2 innovasiya klasteri və 7 innovasiya mərkəzi yaratmaq da daxildir. Bizim ən uğurıu fəaliyyətlərimizdən biri “Technest” proqramıdır. Hansı ki, onun məzunlarının sayı 4 000-i ötüb. Amma biz bu rəqəmi 19 000-ə çatdırmaq niyyətindəyik”, - deyə sədr əlavə edib. (Report)