2024-cü ildə Azərbaycanda adambaşına 163 nağdsız əməliyyat aparılıb.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Məlumata görə bu da 2023-cü illə müqayisədə 70 əməliyyat və ya 75,3 % çoxdur.
Qeyd edək ki, bu göstərici 2023-cü ildə 93 olub.
İcmalda bildirilir ki, 2024-cü il Mərkəzi Bankın “2024-2026- cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyası”nın əsas məqsədlərindən biri növbəti illər ərzində adambaşına düşən orta illik nağdsız əməliyyat sayının potensial olaraq 200-ə çatdırılmasıdır.