Radiotezliklər üzrə Dövlət komissiyası tərəfindən Azərbaycanda tezlik zolaqlarının ayrılması cədvəlini və radiotezliklər spektrinin perspektiv istifadə planları təstiq olunub.
Eləcə də bax: Nazir müavini: “Aztelekom” və “Baktelecom” - BİRLƏŞDİRİLƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" adlı seminarda çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu qarşıdakı 10 il ərzində ölkədə keçid metodologiyanin hansı tezliklərsə, hansı formada inkişaf edəcəyinin yol xəritəsidir.
"Bu gün biz artıq yeni bir çağırışın qarşısındayıq. Yəni 5G texnologiyanın tətbiqi üçün hansı tezliklər ayrılmalıdır? Dünyada buna fərqli yanaşmalar var. Uzun bir araşdırmalardan sonra artıq ölkənin 5G strategiyası demək olar ki, hazırlanıb və hazırda bu strategiya razılaşdırılma və müzakirə mərhələsindədir",- deyə R. Rüstəmov qeyd edib.