Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu olan “CYPHO” vasitəsilə mərkəzin tədqiqat və inkişaf komandasının kiber analitikləri hakerlərin toplaşdığı “darknet” və onların özlərinin yaratdıqları - müxtəlif dataların satıldığı, paylaşıldığı sosial mediaları süni intellekt əsaslı texnologiya vasitəsilə monitorinq edərək 15 mindən çox yerli istifadəçilərə aid kart məlumatlarının oğurlandığı fişinq sistemi aşkarlayıblar.
"Kartınızı göndərin beh verim” deyənlərə inanmayın - DİN-DƏN ƏHALİYƏ XƏBƏRDARLIQ
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Şahmar Hacıyahyayev deyib.
O qeyd edib ki, son iki ayda real bazarda bank və digər maliyyə qurumlarına yönələn fişinq simulyasiyalar müşahidə olunub və nəticədə də vətəndaşların kart məlumatları ələ keçirilib: “Biz “CYPHO”-nun kiberhücum komandası vasitəsilə bu sistemə sızaraq bazanı ələ keçirtdik. Qeyd edim ki, kiber dələduzlar tərəfindən ələ keçirilən 15 min bank kartının hamısı öncədən də istifadədə olub. Təəssüf ki, belə ələ keçirilən kart məlumatlarının sayı artmaqdadır”, - agentlik rəsmisi vurğulayıb.
Bu il və növbəti illərlə bağlı əsas hədəflərdən danışan Ş.Hacıyəhyayev qeyd edib ki, bir yerli kibertəhlükəsizlik məhsulu ilə kifayətlənməyəcəklər, zamanla bu say daha da artacaq.
Qeyd edək ki, Azərbaycanın yerli kibertəhlükəsizlik məhsulu olan “CYPHO” artıq real rejimdə işləməyə başlayıb. Bu məhsul üç fərqli qurumda artıq sınaqdadır. Onlardan biri dövlət, digərləri isə dövlət işlərini görən özəl qurumlardır. (Apa)