«Facebook»un 533 milyon istifadəçisinin şəxsi məlumatları və telefon nömrələri oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb.
FED.az «Business Insider»ə istinadən xəbər verir ki, şəxsi məlumatları oğurlanan istifadəçilər dünyanın 106 müxtəlif ölkəsindəndir.
Bundan başqa, ABŞ-dan 32 milyon, Tunisdən 39 milyon, Səudiyyə Ərəbistinandan 28 milyon, Türkiyə və Markeşin hər birində 20 milyona yaxın, Böyük Britaniyadan 11 milyon, Rusiyadan 10 milyon, Avstraliyadan 7 milyon, Hindistandan 6 milyon, Niderlanddan demək olar ki, bütün istifadəçilərin - 5,4 milyon, Kanadadan 3,5 milyon və sair istifadəçinin məlumatları oğurlanıb. Ümumiyətlə məlumatlar ən çox Afrika və ərəb ölkələrindən oğurlanıb.
Şəxsi hesabların oğurlandığı ölkələr arasında Azərbaycan da var. Məlumata görə, Azərbaycandan olan 99 472 «Facebook» istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.
Oğurlanan məlumatlar arasında istifadəçilərin bioqrafiyası, Facebook indentifikatorları, istifadəçinin tam ad-soyadı, doğum yeri və tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar var.
Oğurlanan məlumatlarla bağlı stkrinşotları «Hudson Rock» şirkətinin texniki direktoru Alon Qal öz Twitter səhifəsində paylaşıb.
Məsələyə münasibət bildirən «Facebook» şirkəti bildirib ki, bu məlumatlar 2 il əvvəl, təhlükəsizlik boşluğu olduğu dövrdə oğurlanıb və artıq köhnəlib. Amma mütəxəssislər hesab edir ki, hələ də bir çox istifadəçinin şəxsi məlumatları dəyişməyib və buna görə də oğurlanan məlumatlar bir sıra təhlükəsizlik problemlərinə səbəb ola bilər.