13 oktyabr 2026-cı il tarixində saat 22:00 radələrindən etibarən Azərbaycanın dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınmışdır.
FED.az xəbər verir ki, hücum xarici haker qruplaşması tərəfindən həyata keçirilmiş, Azərbaycanın dövlət informasiya infrastrukturlarına 100-dən artıq dövlət domeni hədəfə alınmışdır.
Kiberhücum nəticəsində bir sıra dövlət orqanlarının internet informasiya ehtiyatlarının fəaliyyətində fasilələr yaranmışdır. Görülmüş müvafiq texniki tədbirlər nəticəsində kiberhücumun təsirləri məhdudlaşdırılmış və saytların fəaliyyətinin davamlılığı təmin edilmişdir.
Hal-hazırda Xidmət tərəfindən kibertəhlükəsizliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.













