İsveç şirkətləri Azərbaycana yeni texnologiyalar və xidmətlərini gətirmək istəyirlər.
FED.az xəbər verir ki, bu məsələ Energetika Nazirliyində nazir müavini Gülməmməd Cavadovla İsveçin dövlət katibi, Avropa İttifaqı və Ticarət məsələləri üzrə naziri Oskar Stenströmun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüşdə müzakirə edilib.
G.Cavabdov bildirib ki, Azərbaycanda qəbul edilən “Strateji Yol Xəritələri”ndə əsas hədəflərdən biri də yeni texnologiyalar və qabaqcıl təcrübənin tətbiqidir. Bu baxımdan Nazirlik İsveç şirkətlərilə əməkdaşlığa hazırdır.
İsveçin dövlət katibi Oskar Stenström isə bildirib ki, İsveç biznes nümayəndələrinin səfəri çox əlverişli vaxta – Azərbaycanda enerji və nəqliyyat infrastrukturu qurulduğu dövrə təsadüf edir. Onun sözlərinə görə İsveç şirkətləri davamlı uzunmüddətli inkişaf və müasirləşmə proqramları üzrə həll yollarını təmin edə bilərlər.
Tədbirdə İsveç şirkətləri innovativ texnologiyalar, avadanlıq və xidmətlərin tətbiqini tələb edən layihələrlə maraqlanıb və əməkdaşlıqlarını təklif ediblər.
Azərbaycana yeni texnologiya gətirəcəklər - GÖRÜŞ
11:15
9 Noy 2017