2023-cü ildə Azərbaycana smartfonların idxalı 1 milyon 267,039 min ədəd təşkil edib, bu da 2022-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur.
«Xiaomi» şirkəti «iPhone»dən baha olan – SMARTFONLARINI AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu məhsulun dəyər ifadəsində idxalı $334,346 milyon (artım 2,2 dəfə) təşkil edib.
2023-cü ildə smartfonların əsas idxalı və ya bütün tədarükün 72,7%-i Çindən həyata keçirilib - $240,057 milyon (artım 2,7 dəfə) dəyərində 921,623 min ədəd (artım 2,3 dəfə)
İkinci yerdə Vyetnam – 266,99 min ədəd ($68,121 milyon dəyərində), üçüncü yerdə Hindistan – 74,52 min ədəd ($22,055 milyon dəyərində) qərarlaşıb. (İnterfaks-Azərbaycan)