Banner

İKT

Azərbaycana mobil telefon idxalı iki dəfəyə yaxın - ARTIB

Azərbaycana mobil telefon idxalı iki dəfəyə yaxın - ARTIB | FED.az
11:02 15 Okt 2019

Bu ilin yanvar-avqust ayında Azərbaycana 849 170 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

FED.az xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib.

Eləcə də bax: Azərbaycana 83,5 mln. dollarlıq - MOBİL TELEFON GƏTİRİLİB

Komitədən verilən məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə idxal olunan sözügedən məhsulların sayı 65,7% artıb.

Cari ilin səkkiz ayı ərzində idxal olunan məhsulların dəyəri 99 985,3 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 98,3% çoxdur.

Apa

Digər xəbərlər

Banner