"Azərkosmos" "Space X" şirkəti ilə daha uzunmüddətli əməkdaşlıq məsələlərini müzakirə edib.
"Yeni peykin orbitə çıxarılması üçün beynəlxalq nüfuzlu şirkətlərlə danışıqlar aparılır"
FED.az xəbər verir ki, bunu "Azərkosmos" idarə heyətinin sədri Saməddin Əsədov bildirib.
"Qarşıdakı illərdə Azərbaycan yeni peyk layihələrini icra etməyə hazırlaşır. Yeni peyklərimizi Space X şirkətinin Falcon raketləri ilə orbitə buraxılması mövzuları müzakirə olunub", - deyə Saməddin Əsədov vurğulayıb. (Apa)