“Kaspersky” şirkəti kibertəhlükəyə məruz qalan Azərbaycanlıların statistikasını hazırlayıb.
FED.az xəbər verir ki, “İnnoweek 2019” çərçivəsində “Kaspersky” şirkətinin kibertəhlükəsizlik mövsusunda keçirilən tədbirində Azərbaycanın 2019-cu ilin yanvar-senyabr ayları üzrə kibertəhlükənin landşaftı göstərilib.
Eləcə də bax: Hakerlər bankomatları ən çox həftəsonu "soyurlar" - MÜSAHİBƏ
Statistik məlumatları təqdim edirik:
Azərbaycanda internet istifadəçilərin 42%-i kiberhücuma uğrayıb.
İstifadəçilərin 52%-i lokal təhlükələrlə qarşılaşıb.
Korporativ istifadəçilərin 13%-i şəbəkədə kiberhücuma uğrayıb.
Korporativ istifadəçilərin 35%-i lokal təhdidlərlə üzləşir
İstifadəçilərin yüzdə 1%-i bank troyanları tərəfindən hücuma uğrayıb.
Smartfon istifadəçilərinin 3%-i zərərli proqramlar tərəfindən hücuma məruz qalıb.
TED