Azərbaycanda sentyabrda Çin istehsalı olan mobil telefonların satış həcmi yüksəlib və bazarda mövqeyini xeyli gücləndirib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Global Stats məlumat yayır.
Eləcə də bax: Bakıda «iPhone 13»lərin satışı başladı – MODELLƏR, QİYMƏTLƏR -SİYAHI
Yeni satılan mobil telefonların 42.31%-i Cənubi Koreya brendi olan “Samsung” tutur. Bu telefonların öncəki ayda satış həcmində bazar payı 43.35% idi.
Çin mobil telefon brendi “Xiaomi”lərin bazar payı isə 34.2%-dən 34.58%-ə qədər artmışdır. Bir il öncə isə “Xiaomi” mobil telefonların bazar payı cəmi 28.97% idi.
Üçüncü yerdə isə ABŞ “Apple”nin “iPhon”ları dayanır. Bu smartfonların sentyabr ayında bazar payı sentyabrda 14.61%-dən 15.64%-ə qalxıb. Bu bir il öncə isə 14.39% idi.
“HTC”, “LG”, “Lenovo”, “Alcatel”, “Nokia” və “Sony” kimi məşhur brendlərin bazar payı kəskin şəkildə ilbəil düşür.
Azərbaycanda telefonların bazar payı, faizlə | ||
Telefon markaları | 2020 sentyabr | 2021 sentyabr |
Samsung | 46.19 | 42.31 |
Xiaomi | 28.97 | 34.58 |
Apple | 14.39 | 15.64 |
Huawei | 4.74 | 4.52 |
LG | 0.87 | 0.28 |
Lenovo | 0.59 | 0.32 |
Nokia | 0.40 | 0.21 |
Realme | 0.11 | 0.38 |
HTC | 0.43 | 0.17 |
Honor | 0.43 | 0.14 |
Alcatel | 0.26 | 0.07 |
Sony | 0.24 | 0.09 |
ZTE | 0.25 | 0.08 |
Tecno | 0.07 | 0.18 |
Meizu | 0.25 | 0.12 |
OnePlus | 0.08 | 0.13 |
Motorola | 0.10 | 0.04 |
Hisense | 0.13 | 0.04 |
General Mobile | 0.09 | 0.03 |
Vivo | – | 0.06 |
Oppo | 0.04 | 0.09 |
0.04 | 0.03 | |
Micromax | 0.06 | 0.01 |
Asus | 0.05 | 0.02 |
Ulefone | 0.04 | 0.02 |
Casper | 0.02 | 0.02 |
Vestel | 0.03 | 0.01 |
Umidigi | 0.01 | 0.01 |
LeEco | 0.03 | – |
Mobicel | 0.09 | – |
RIM | 0.02 | – |
Digər | 0.17 | 0.04 |