Türkiyənin "Arksinger" və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelekom” MMC şirkətləri arasında əməkdaşlğa dair lAnlaşma Memorandumu imzalanıb.
FED.az xəbər verir ki, memorandum maliyyə sektorunda videozəng həllərinin təqdim edilməsi ilə bağlıdır.
“AzInTelekom”un bölmə rəhbəri Tamerlan Məşədihəsənli bildirib ki, bu memorandumla Türkiyə şirkətinin videozəng həllini “AzInTelekom” üzərindən istənilən maliyyə sektorunda fəaliyyət göstərən istər bank, istər fintex rahatlıqla istifadə edə biləcək.
O bildirib ki, bununla da “AzInTelekom” ölkə bazarında videozəng həllinin satışını həyata keçirəcək: “Bildiyiniz kimi, “AzInTelekom” SİMA məhsulunun da sahibidir. SİMA təkcə imza deyil, onun biometrik həlli də var. İndi biz “Keyveys” həllinin altında videozəng həllini də təqdim edəcəyik”.
T. Məşədihəsənli qeyd edib ki, banklar ilkin mərhələdə videozəngdən, sonra isə gücləndirilmiş imzadan istifadə edəcək. (Report)