Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla ölkəmizdə səfərdə olan Türkiyə Respublikası sənaye və texnologiyalar nazirinin müavini Çetin Ali Dönmezin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Eləcə də bax: Ərdoğan: "Gələn il "Texnofest"i Azərbaycanda keçirəcəyik"
FED.az xəbər verir ki, görüş zamanı Bakı şəhərində müştərək texnoparkın yaradılması üzrə atılacaq birgə addımlara dair geniş fikir mübadiləsi aparılıb.
Eyni zamanda ölkəmizdə startap ekosisteminin inkişafı ilə bağlı bu sahədə Türkiyə tərəfinin təcrübəsinin öyrənilməsi barədə razılığa gəlinib.
Görüşdə, həmçinin 2022-ci ildə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalı ilə əlaqədar məsələlər müzakirə edilib.