Azərbaycan Türkiyə ilə birgə vaqon istehsal etmək məsələsini nəzərdən keçirir.
Bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
QSC sədrinin sözlərinə görə, Sumqayıtda Türkiyə ilə birgə yeni vaqonların istehsalı nəzərdə tutulur:
"Bizdə dəmir yolları Rusiya qatarları üçün nəzərdə tutulub. Avropa standartları başqadır. Bizim qatarların qabaritləri böyük olduğundan tunellərdə ilişir, keçə bilmirlər. Ona görə türkiyəlı mütəxəssislərlə danışıqlar aparırıq ki, qatarlar hibrid vaqonlardan ibarət olsun və biz bunu həm Türkiyədə, həm Avropada, eləcə də Azərbaycanda istifadə edə bilək”.
marja.az