2019-cu ilin aprel ayında 2 dostun təşəbbüsü ilə qurulmuş, hazırda 20 nəfərlik komandadan ibarət olan Azərbaycanın “Bad button studio" oyun studiyası qlobal bazar üçün “King and Kingdoms” və “Upman” adlı oyunlar üzərində çalışır.
FED.az xəbər verir ki, “Bad Button studio”nun əsas məqsədi Azərbaycanı oyun sektorunda dünya bazarına çıxartmaqdır.
Eləcə də bax: Qazaxıstan şirkəti Azərbaycan dilində mobil oyun - HAZIRLAYIB
Studiyanın əsas layihəsi olan “King and Kingdoms”da Səfəvi, Osmanlı, Roma və onlarla bu kimi böyük imperiyalar yer alacaq. Strategiya oyun həvəskarları üçün maraqlı və bir o qədər də rəqabətcil olan “King and Kingdoms” oyunu bu sektorda qarşısında çox ciddi hədəflər qoyub. Oyun gələn ilin ortlarında tamamlanacaq.
Artıq “Bad Button Studio” “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb.
Eləcə də bax: Niyə tanışlıq saytları "azart" oyunlar qədər - TƏHLÜKƏLİDİR?
"Oxu"