2025-ci ilin ilk 7 ayında Azərbaycana 217,5 milyon dollarlıq smartfon idxal edilib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu dövrdə ölkəyə ümumilikdə 675 min 164 ədəd smartfon gətirilib.
Smartfon ixracı say ifadəsinə 95 min 359 ədəd (12%) azalıb, məbləğ ifadəsində 5,1 milyon dollar (2%) artıb.
Məlumata görə, bir smartfonun orta idxal qiyməti 322 dollar (təxminən 548 manat) təşkil edib.
Bu da ötən ilin göstəricisindən 47 dollar (79 manat) və ya 17% artıqdır.
Azərbaycana ən çox smartfon tədarük edən ölkələr Çin (538 min 877 ədəd) və Vyetnam (128 min 101 ədəd) olub. Üçüncü yerdə isə 7 min 839 ədəd smartfonla Hindistan qərarlaşıb.
Ölkəyə ən bahalı smartfonlar Almaniyadan idxal olunub. Bu ölkədən gətirilən telefonların orta idxal qiyməti 2 077 dollar (3 530 manat) təşkil edib. Hindistandan gətirilən telefonların orta qiyməti 549 dollar (934 manat), Vyetnamdan gətirilənlərin 369 dollar (627 manat), Çindən idxal edilənlərin isə 308 dollar (523 manat) olub.
Ən ucuz smartfonlar isə Meksika və Koreya Respublikasından gətirilib. Bu ölkələrdən idxal olunan telefonların orta qiyməti müvafiq olaraq 103 dollar (176 manat) və 120 dollar (204 manat) təşkil edib.
Qeyd edək ki, ötən ilin eyni dövründə Meksikadan, bu ilin yanvar-iyun aylarında Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Sinqapur, Tailand, Yamayka, Yaponiya, Avstriya və Fransadan smartfon ixrac edilməyib.
Ölkələr (2025 yanvar-iyul) |
Say |
Məbləğ dollar) |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
Almaniya |
3 |
6230 |
$2 077 |
3 530 ₼ |
Hindistan |
7 839 |
4 304 870 |
$549 |
934 ₼ |
Vyetnam |
128 101 |
47 267 360 |
$369 |
627 ₼ |
Smartfonlar |
675 164 |
217 546 350 |
$322 |
548 ₼ |
Çin |
538 877 |
165 913 330 |
$308 |
523 ₼ |
İndoneziya |
110 |
26 430 |
$240 |
408 ₼ |
Amerika Birləşmiş Ştatları |
1 |
230 |
$230 |
391 ₼ |
Koreya Respublikası |
230 |
27 600 |
$120 |
204 ₼ |
Meksika |
3 |
310 |
$103 |
176 ₼ |