2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 289 milyon 240 min dollar dəyərində 1 milyon 36 min 863 ədəd smartfon idxal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici miqdar (say) baxımından 130 min 187 ədəd və ya 14,4%, dəyər baxımından isə 50 milyon 123 min dollar və ya 21% çoxdur.
Belə ki, 2023-cü ilin 9 ayı ərzində ölkəyə 206 milyon 190 min dollar dəyərində 906 min 676 ədəd smartfon gətirilib.
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 474 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 448 manat idi. Bu da o deməkdir ki, orta idxal qiyməti son bir il ərzində 26 manat, başqa sözlə 5,8% artıb.
Hesabat dövründə ən baha qiymətə smartfon idxalı 3 min 155 manata Almaniyadan, ən ucuz qiymətə isə 406 manata Hindistandan edilib.
Miqdar ifadəsində isə ən çox smartfon Çindən (811 min 340 ədəd), Vyetnamdan (161 min 864 ədəd), Hindistandan (59 min 496 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 3 min 150 ədəd ) gətirilib. Ən az smartfon isə 2 ədəd olmaqla Kanadadan gətirilib.
S/n |
Ölkələr |
Miqdar |
Məbləğ () |
Orta idxal qiyməti (dollar) |
Orta idxal qiyməti (manat) |
Smartfonlar |
1 036 863 |
289 239 690 |
$279 |
474 ₼ |
|
1 |
Almaniya |
10 |
18 560 |
$1,856 |
3,155 ₼ |
2 |
Malayziya |
17 |
25 940 |
$1,526 |
2,594 ₼ |
3 |
Kanada |
2 |
2 270 |
$1,135 |
1,930 ₼ |
4 |
Amerika Birləşmiş Ştatları |
3 150 |
3 557 400 |
$1,129 |
1,920 ₼ |
5 |
Ukrayna |
108 |
121 670 |
$1,127 |
1,915 ₼ |
6 |
Sinqapur |
59 |
65 850 |
$1,116 |
1,897 ₼ |
7 |
Yaponiya |
321 |
339 160 |
$1,057 |
1,796 ₼ |
8 |
Koreya Respublikası |
115 |
118 670 |
$1,032 |
1,754 ₼ |
9 |
Yamayka |
43 |
43 860 |
$1,020 |
1,734 ₼ |
10 |
Avstriya |
5 |
4 400 |
$880 |
1,496 ₼ |
11 |
Tailand |
20 |
13 700 |
$685 |
1,165 ₼ |
12 |
Birləşmiş Ərəb Əmirlikləri |
392 |
191 740 |
$489 |
832 ₼ |
13 |
Fransa |
26 |
12 120 |
$466 |
792 ₼ |
14 |
Vyetnam |
161 684 |
55 777 420 |
$345 |
586 ₼ |
15 |
İndoneziya |
75 |
22 720 |
$303 |
515 ₼ |
16 |
Çin |
811 340 |
214 709 180 |
$265 |
450 ₼ |
17 |
Hindistan |
59 496 |
1 421 5040 |
$239 |
406 ₼ |