2024-cü ilin yanvar-may ayları ərzində Azərbaycan xaricdən 142 milyon 229 min dollar dəyərində 525 min 996 ədəd smartfon ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
1 ədəd smartfonun orta idxal qiyməti ilk 5 ayın nəticələrinə əsasən 282 dollara başa gəlib.
Smartfon idxalı ən baha qiymətə 1 526 dollara Malayziyadan, ən ucuz qiymətə 233 dollara Hindistandan gətirilib.
Ən çox sayda smartfon 400 min 896 ədəd olmaqla Çindən, ən az sayda smartfon isə 3 ədəd olmaqla Almaniyadan, 4 ədəd olmaqla Koreyadan və 9 ədəd olmaqla Sinqapurdan gətirilib.
Daha ətraflı aşağıdakı cədvəldə:
S/N |
ÖLKƏLƏR |
SAYI (ƏDƏD) |
MƏBLƏĞ (DOLLAR) |
ORTA İDXAL QİYMƏTİ (DOLLAR) |
Smartfonlar |
525 966 |
148 228 880 |
282 |
|
1 |
Malayziya |
17 |
25 940 |
1 526 |
2 |
Almaniya |
3 |
3 560 |
1 187 |
3 |
Amerika Birləşmiş Ştatları |
2 061 |
2 412 700 |
1 171 |
4 |
Birləşmiş Ərəb Əmirlikləri |
50 |
56 870 |
1 137 |
5 |
Koreya Respublikası |
4 |
4 420 |
1 105 |
6 |
Sinqapur |
9 |
9 380 |
1 042 |
7 |
Tailand |
20 |
13 700 |
685 |
8 |
Fransa |
26 |
12 120 |
466 |
9 |
Vyetnam |
91 482 |
31 050 600 |
339 |
10 |
İndoneziya |
75 |
22 720 |
303 |
11 |
Çin |
400 896 |
107 314 750 |
268 |
12 |
Hindistan |
31 323 |
7 302 110 |
233 |