2024-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycan xaricdən 123 milyon 30 min dollar dəyərində 433 min 199 ədəd smartfon ixrac edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
1 ədəd smartfonun orta idxal qiyməti ilk 4 ayın nəticələrinə əsasən 284 dollara başa gəlib.
Smartfon idxalı ən baha qiymətə 1 526 dollara Malayziyadan, ən ucuz qiymətə 227 dollara Hindistandan gətirilib.
Ən çox sayda smartfon 331 min 294 ədəd olmaqla Çindən, ən az sayda smartfon isə 3 ədəd olmaqla Almaniyadan, 4 ədəd olmaqla Koreyadan və 9 ədəd olmaqla Sinqapurdan gətirilib.
Daha ətraflı aşağıdakı cədvəldə:
S/N
|
ÖLKƏLƏR |
SAYI (ƏDƏD) |
MƏBLƏĞ (MİN DOLLAR) |
ORTA İDXAL QİYMƏTİ (DOLLAR) |
Smartfonlar |
433 199 |
123 030 |
284 |
|
1 |
Malayziya |
17 |
26 |
1 526 |
2 |
Almaniya |
3 |
4 |
1 187 |
3 |
Amerika Birləşmiş Ştatları |
2 061 |
2 413 |
1 171 |
4 |
Birləşmiş Ərəb Əmirlikləri |
50 |
57 |
1 137 |
5 |
Koreya Respublikası |
4 |
4 |
1 105 |
6 |
Sinqapur |
9 |
9 |
1 042 |
7 |
Tailand |
20 |
14 |
685 |
8 |
Fransa |
26 |
12 |
466 |
9 |
Vyetnam |
73 788 |
25 719 |
349 |
10 |
İndoneziya |
75 |
23 |
303 |
11 |
Çin |
331 294 |
88 894 |
268 |
12 |
Hindistan |
25 852 |
5 856 |
227 |