"Rəqəmsal Ticarət Qovşağı üzərindən Azərbaycana sərmayə cəlb edilməsinə başlanılıb".
FED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) yaradılmasının 5 illiyi münasibətilə keçirilən mətbuat konfransında qurumun İcraçı direktoru Vüsal Qasımlı deyib.
Bundan başqa, onun sözlərinə görə, İİTKM növbəti 5 il üçün milli prioritet üzrə strategiya hazırlayır: "Tezliklə həmin strategiyanı təqdim edəcəyik. Qarşıdakı 5 ildə Mərkəzin fəaliyyəti əsasən 5 istiqamət üzrə həyata keçiriləcək. Təbii ki, əsas hədəf iqtisadi artımı təmin etmək olacaq". (Report)