Azərbaycan Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalı açamağa hazırlaşır.
Eləcə də bax: Qarabağda televiziyaların və 3 radionun yayımı təmin olunub
FED.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurası müsabiqə elan edib. Artıq yenti radionun işləyəcəyi tezlik də məlumdur - 102,7 MHs.
Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Qanunun 15-ci maddəsinin tələblərini əsasən Dağlıq Qarabağ və ətraf ərazilərdə regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyə müsabiqə elan edib.
Müsabiqə üçün tələb olunan sənədlər 2021-ci il fevralın 10-dan martın 12-dək Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 10.00-dan 17.00-dək qəbul edilir.