Azərbaycanın vahid poçt operatoru olan «Azərpoçt» iki yeni elektron xidmət istəfadəyə verib.
FED,az xəbər verir ki, bunlar “Postman” poçt xidməti və “Postpay” elektron pul kisəsidir. Hər iki yenilik gələn həftə Bakıda işə başlayacaq «Bakutel2019» Telekommunikasiya sərgisində nümayiş etdiriləcək.
Eləcə də bax: “Azərpoçt” “PostPay” ödəniş sistemini öz brendi altında - İNKİŞAF ETDİRƏCƏK
Sərgidə “Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunacaq. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır.
“Azərpoçt”un digər yeniliyi “Postpay” – elektron pul kisəsidir. “Android” sistemi ilə çalışan qurğuların dəstəklədiyi mobil tətbiq vasitəsilə başqa elektron pul kisələrindəki hesablara, bank kartlarına, beynəlxalq pulköçürmələri sistemləri vasitəsilə istənilən şəxsə pul köçürmək, mobil rabitə ödənişləri, kommunal xidmət haqları, gömrük rüsumlarını təhlükəsiz və rahat şəkildə həyata keçirmək mümkündür.