“Bakcell” mobil rabitə operatoru öz brend smartfonunu təqdim edəcək.
FED.az-ın məlumatına görə, bunu şirkətin icraçı direktoru Nikolay Bekers deyib.
ELƏCƏ DƏ BAX: Azərbaycanda yeni sosial şəbəkə – ƏMƏKDAŞLIQ TƏKLİF EDİR
Onun sözlərinə görə, bu, şirkətin 2019-cu il birinci rüb üzrə planlarına daxildir:
“Bu, keyfiyyətli məhsul olacaq və bir sıra yeni funksiya və özəlliklərə malik olacaq. Məhsul sərfəli şərtlərlə təqdim olunacaq”.
Gələn ilin digər planlarından danışan N.Bekers deyib ki, planlar arasında satış mağazalarının konsepsiyasının yenilənməsi də nəzərdə tutulub. Yenilənmiş konsepsiya ilə işləyən ilk mağaza bu gün Bakıda açılıb:
“Bu mağazadan telefon almış hər bir müştəri pulsuz və limitsiz danışıq və internet paketi alacaq və bu paketləri 2019-cu il boyunca istifadə edə biləcək”.
Azərbaycan mobil operatorundan – YENİLİK
20:53
18 Dek 2018