"Azərbaycan Sənaye Korporasiyası" ASC-nin “Made in Azerbaijan” brendi adı altında istehsal olunan kəlağayı məhsulları Azexport.az internet portalı vasitəsilə “Amazon” və “eBay” platformalarında beynəlxalq alıcılara təqdim olunub.
Bu barədə FED.az-a İqtisadi islahatları Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirlib.
İlkin mərhələdə sadalanan platformalarda 10 çeşiddə kəlağayı məhsulu satışa çıxarılıb. Növbəti mərhələdə Kooperasiyanın nəzdindəki müəssisələrin istehsal etdiyi digər məhsullar da “Amazon” və “eBay” platformalarına inteqrasiya olunacaq.
Pandemiya səbəbindən beynəlxalq poçt daşımaları məhdudiyyətlərlə fəaliyyət göstərdiyindən satışaların İsrail, Yaponiya, Çin, Tayvan, Koreya, Honkonq, Sinqapur, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, MDB və Avropa ölkələrinə həyata keçirilməsi nəzərdə tutulub.