2027-ci ildə Azərbaycan kosmosa ölkənin öz mütəxəssisləri tərəfindən hazırlanan peyki buraxacaq.
Azərbaycan yeni orbital - MÖVQE ALACAQ
FED.az xəbər verir ki, bu barədə gün Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq koitəsinin iclasınd «Azərkosmos»un rəhbəri Saməddin Əsədov bildirib. Onun sözlərinə görə, artıq Azərkosmos yeni peykləin buraxılması üçün hazırlıqlara başlayıb. Yeni peyklərin buraxılması üzrə İsrail şirkətləri ilə əməkdaşlıq başlanılıb.
«İsrail şirkətləri ilə birlikdə yeni peyklərin buraxılması üçün layihələrə artıq başlamışıq. Bunlar çox yüksək ayrıdetmə qabiliyyətinə malik peyklər olacaq»-deyə «Azərkosmos» rəhbəri bildirib.
Bu layihələr çərçivəsində ilk peykin 2025-ci ildə, ikinci peykin isə 2027-ci ildə buraxılması nəzərdə tutulur. 2025-ci ildə buraxılacaq peyk xarici ölkə istehsalı olacaq, 2027-ci ildə isə artıq yerli istehsla olunan peyk orbitə buraxılacaq: «2027-ci ildə ölkədə yığılan, öz mütəxəssislərimiz tərəfindən hazırlanan peyk orbitə buraxılacaq»-deyə «Azərkosmos» rəhbəri açıqlayıb.