Azərbaycan əhalisinin yarısından çoxu "Trendyol"dan alış-veriş edir
“Trendyol” Azərbaycanda - ŞİRKƏT YARADIB
"Trendyol" Azərbaycanda 5,3 milyon aktiv alıcıya nail olub.
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən "İnmerge" İnnovasiya Sammitində çıxışı zamanı "Trendyol Group"un Baş direktoru Erdem İnam bildirib.
"Azərbaycan vətəndaşları "Trendyol"dan çox sayda mallar almaqdadırlar. Biz Azərbaycandan 5,3 milyon aktiv alıcıya nail olmuşuq. Bu, qarşımızda olan yolun yalnız başlanğıcıdır", - o çıxışında deyib.
Qeyd edək ki, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən bir qədər çoxdur. (Marja)