Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN), ADA Universiteti və “Huawei” şirkəti arasında birgə Tədqiqat və İnkişaf Mərkəzinin (R&D Centre) yaradılması barədə üçtərəfli anlaşma memorandumu imzalanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev məlumat verib.
Onun sözlərinə görə, layihə çərçivəsində “Huawei” sertifikatına malik yüksəkixtisaslı yerli İT mütəxəssisləri hazırlanacaq.