Qlobal informasiya-kommunikasiya texnologiyalarının ən son trendlərini daha
əlçatan etməyi hədəfləyərək fəaliyyətinin rəqəmsal dövrünə qədəm qoyan Azercell
Telekom iyul-avqust aylarında “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsinə start
verir. Bu dəfə lider mobil operator Naxçıvandan başlayaraq, Ağdam, Bərdə, Tərtər,
Mingəçevir, Yevlax, Gəncə, Şəmkir, Tovuz, Qazax, Şəki, Zaqatala, İsmayıllı, Şamaxı,
Qəbələ, Göyçay, Sumqayıt, Quba, Xaçmaz, Qusar, Sabirabad, Şirvan və Lənkəran kimi
regionlara səfər edəcək və bununla da ölkədə rəqəmsal savadlılıq səviyyəsinin
artırılması istiqamətində öz fəaliyyətini davam etdirəcək.
“Rəqəmsal dünya bölgələrdə” tədbirinin iştirakçıları gündəlik insan həyatının
texnoloji yeniliklər və mobil texniki cihazlar vasitəsilə daha da rahat və effektiv olmasının
üstünlükləri ilə yanaşı, Azercell-in yenilənmiş rəqəmsal həllər müxtəlifliyi ilə də tanış
olmaq fürsəti əldə edəcəklər. Burada Azercell-in yeni rəqəmsal məhsulları olan
“Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və
www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanını təklif edən
“Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri təqdim ediləcək. Şirkətin yeni “Rəqəmsal
dünyanı yarat” şuarı altında keçiriləcək bu tədbir çərçivəsində müxtəlif proqramlar,
müsabiqələr, intellektual və əyləncəli oyunlar təşkil olunacaq və iştirakçılara hədiyyələr
paylanacaq. Azercell-in təşəbbüsü ilə yaradılan “İmzanı Tanıt” sosial kampaniyasının
işirakçıları da tədbirə dəvət ediləcəklər. Qeyd edək ki, qısa müddət ərzində sosial
şəbəkələrdə rezonans yaratmağa müvəffəq olan “İmzanı Tanıt” çağırışı ölkəmizdə
sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizin inkişafı ideyasını
özündə əks etdirir.
Bununla yanaşı, festival çərçivəsində Azercell-in “Mobil Diş" və “Mobil Göz"
klinikaları valideyn himayəsindən məhrum uşaqları, ehtiyacı olan ailələri və ahılları
ziyarət edərək onlara təmənnasız müayinə və müalicə təşkil edəcək. Azercell uşaqlara
hədiyyə olaraq məktəb ləvazimatları da paylayacaq.
Festivalın ən son məlumatları ilə tanış olmaq üçün Azercell-in rəsmi Instagram və
Facebook səhifələrini izləməyi unutmayın!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycan bölgələrinə səyahət - NAXÇIVANDAN BAŞLAYIR
11:34
29 İyul 2019