Ölkədə nüfuzlu biznes müsabiqələri sırasında olan “Azərbaycan Biznes Keys Yarışması”nın bir qrup iştirakçısı Azercell-də təlimə qatılıb.
Eləcə də bax: Azercell-in dəstəyi ilə məktəblimiz beynəlxalq - UĞURA İMZA ATIB
FED.az xəbər verir ki, təlim sessiyası “Azercell Telekom” MMC-nin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları tərəfindən aparılıb. İnsan Kapitalının İdarə Edilməsi departamentinin İstedadların İdarə Edilməsi üzrə konsultantı Aytən Fərzəliyeva ölkənin lider mobil operatorunun fəaliyyəti və strukturu barədə tələbələri ətraflı şəkildə məlumatlandırıb.
İstedadların Cəlb Edilməsi və Professional İnkişaf şöbəsinin mütəxəssisi Vahida Orucova isə sessiya zamanı işə qəbul və seçim prosesi, əmək bazarında mövcud tendensiyalar və digər aktual mövzulara toxunub. Həmçinin görüşdə iştirakçıları maraqlandıran suallar ətrafında maraqlı diskussiyalar aparılıb. İştirakçı komandalar yarışmaya dəstək olan sponsor şirkətlər tərəfindən biznesin təhlili, strategiyanın qurulması, təqdimat bacarığı və digər mövzularda təşkil edilən təlimlərə qatılacaq. Qeyd edək ki, “Azərbaycan Biznes Keys Yarışması” ali təhsil ocaqlarının maliyyə, biznes, iqtisadiyyat sahəsində təhsil alan bakalavr və magistr tələbələri arasında keçirilən yarışmadır. "Azercell Telekom" MMC təhsilə və gənclərin inkişafına hər zaman xüsusi qayğı ilə yanaşır. Bir sıra ali təhsil mərkəzləri ilə əməkdaşlıq memorandumları imzalayan şirkət, tələbələrin innovativ ideyalarının reallaşdırılmasına, onların təcrübəli və peşəkar kadr olaraq yetişdirilməsinə öz töhfəsini verir.