Avropa Birliyinin ən yüksək hüquqi orqanı olan Avropa Ədalət Məhkəməsi, Apple-ın İrlandiyadakı fəaliyyətinə görə 13 milyard avro ödəməli olduğuna qərar verib.
Yeni «iPhone 16»lar və «Apple»ın yeni məhsulları təqdim edildi – QİYMƏTLƏR
FED.az xəbər verir ki, ərarda, AB Komissiyasının, 2016-cı ildə İrlandiyanın Apple-a qeyri-qanuni yardım etdiyi və ölkənin bu yardımı geri götürməsi barədə qərarının Avropa Ədalət Məhkəməsi tərəfindən təsdiqləndiyi bildirilib.
Avropa Komissiyası 2016-cı ildə bir qərar çıxararaq, iPhone istehsalçısının 2014-cü ildə vergi yükünü 0,005 faizə endirən iki İrlandiya vergi qərarından iyirmi ildən çox faydalandığını bildirmişdi.
Qərarda hakimlər, "Ədalət Məhkəməsi məsələ ilə bağlı yekun qərarını verdi və Avropa Komissiyasının 2016-cı il qərarını təsdiqlədi. İrlandiya Apple-a qanunsuz yardım edib və İrlandiya bu yardımı geri almalıdır" deyilir.
Apple rekord vergi qərarının reallığa və sağlam düşüncəyə zidd olduğunu bildirib.
Avropa Məhkəməsi Google-a 2,4 milyard avro cərimə kəsilməsini də məqsədəuyğun hesab edib
Avropa Ədalət Məhkəməsi Google və Alphabet şirkətlərinin Avropa İttifaqı Komissiyasının cəriməsinə qarşı qaldırdığı iş üzrə qərarını da açıqlayıb.
Müvafiq olaraq, məhkəmə Google və Alphabet-in etirazını rədd edib. Şirkətin özünün alış-veriş xidmətinə imtiyazlar verməklə dominant mövqeyindən sui-istifadə etməsilə əlaqədar olaraq tətbiq edilən 2,4 milyard avro cəriməni təsdiqləyib. Avropa Ədalət Məhkəməsi Google-un özünün alış-veriş axtarış nəticələrini rəqib xidmətlərdən daha önə çəkməsinin ayrı-seçkilik olduğuna qərar verib.
AB, axtarış sistemi ilə öz alış-veriş xidmətlərinə üstünlük verdiyi ilə əlaqədar olaraq Google-a qarşı istintaq başlatmışdı.
Sözügedən iş ümumi məbləği 8 milyard avrodan çox olan üç cərimənin birinci mərhələsidir.
Google sözçüsü, şirkətin məhkəmə qərarından "məyus" olduğunu söyləyib. (Marja)