Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana smartfon ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə - 73,556 min ədədə qədər artırıb.
Bakıda yeni «iPhone 15»lərin satışı başladı – QİYMƏTLƏR
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsindən (Avrostat) məlumat verilib.
Statistik məlumatlara görə, hesabat dövründə ixracın həcmi dəyər ifadəsində 1,8 dəfə - 57,301 milyon avroya qədər artıb.
Yanvar-avqust aylarında smartfon ixracının əsas hissəsi Çexiyanın payına düşüb. Bu ölkədən Azərbaycana 57,03 milyon avro dəyərində (artım 1,8 dəfə) 71,112 min ədəd (artım 1,6 dəfə), eləcə də Avstriya, Almaniya, Fransa, Xorvatiya, Niderland, Polşa və İsveçdən kiçik partiyalarla smartfon ixrac edilib.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana 53,915 milyon avro dəyərində 75,020 min ədəd smartfon ixrac edib. (İnterfaks-Azərbaycan)