Vakansiya: Satış nümayəndəsi
Tələblər:
- Ali və ya orta təhsili olan oglan və qızlar
- Güclü satış və tanıtım bacarığı
- Çevik, çalışqan, məntiqli, ünsiyyətcil, hazırcavab
- Məsuliyyətli, dəqiq, inkişafa meyilli
- Karyerasını satış sahəsində qurmaq istəyi olmalı
- Komandada işləmək və idarəetmə bacarığı olmalı
- Ünsiyyətcil, məqsədyönlü
Vəzifələr:
- Şirkətin mallarını haqqındə məlumatı müştəriyə çatdırmaq, şirkət tərəfindən müəyyən olunan ərazi üzrə satış nöqtələrinə satmaq
- Lazım gəldikdə, şirkətin reklam avadanlıqlarının satış nöqtələrində quraşdırılması üçün tələb olunan işləri görmək
- Şirkətə müraciət edən müştərilərlə sıx və yüksək səviyyəli münasibətlərin qurulması
- Gördüyü işlər barədə gündəlik hesabatlar hazırlamaq və terminallarda qeydiyyatların aparılması
- Satış proseslərinin reallaşdırılması və şirkətin müəyyən etdiyi kompaniyaların keçirilməsinin təmin edilməsi
- Müştərilərin şirkətin təqdim etdiyi sahə ilə bağlı ehtiyaclarını öyrənərək təmin etmək və bununla əlaqədar şirkət rəhbərliyinə lazımi məlumatların verilməsi
- Mövcud müştərilərlə təşkilati əlaqələrin qurulması, yeni müştərilərlə iş birliyinin yaradılması
- Müntəzəm olaraq rəhbərliyə görülən işlərlə bağlı hesabat verilməsi
- Şirkətin məhsullarının yüksək səviyyədə təqdim etməsi
- Yeni məhsulların bazarda yerləşdirilməsinin və satışının təmin edilməsi
- Gündəlik olaraq, müəyyənləşdirilən rutlara əsasən, satış nöqtələrinin ziyarət edilməsi və qeydiyyatların aparılması
- Aylıq,rüblük, illik satışın planlaşdırılması və yeni müştərilərin cəlb edilməsi
İş şəraiti:
- AR Əmək Məcəlləsi-nə uyğun sənədləşmə
- İş qrafiki: Part-Time
15:00-dan 21:00-dək
- 6 günlük iş rejimi,bazar ertəsi istirahət günüdür