Audiovizual Şura “Baku TV”yə lisenziya verib.
Eləcə də bax: Azərbaycanda televiziya və radio yayımçılarının xərcləri - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Şuranın iclasında qərar qəbul edilib.
16 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirmişdir.
İclasda peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının alınmasına görə "Baku TV" MMC və "Beat Media" MMC tərəfindən Şuraya daxil olmuş müraciətlərə baxılmışdır. İddiaçılar tərəfdən təqdim olunmuş sənədlərin siyahısı və məzmunu barədə Şura aparatının hüquqşünasları Şura üzvlərinə geniş məlumat vermiş və sənədlərin müvafiq tələblərə uyğun tərtib olunmasını qeyd etmişlər.
Şura üzvləri geniş müzakirələrdən sonra "Media haqqında" Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra ilk dəfə yeni audiovizual media fəaliyyəti növü olaraq peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının "Baku TV" MMC-yə (televiziya redaksiyasının adı: "Baku TV") və "Beat Media" MMC-yə (televiziya redaksiyasının adı: "Beat TV") verilməsi barədə müvafiq qərarlar qəbul etmişlər.