“ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısı genişləndirilib.
FED.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti də “ASAN müraciət” informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısında iştirak edəcək.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








