Dünyanın texnologiya nəhəngi “Apple” uzun müddətdir qoruduğu “ən dəyərli şirkət” adını itirib.
FED.az xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” dəyərini artıraraq “Apple” şirkətini geridə qoyub. Neft şirkəti sərmayələrinin 1,5 faizini açıq satışa çıxararaq gəlirlərini artırıb.
Eləcə də bax: Apple "iPhone" smartfonlarından nə qədər gəlir əldə edib – AÇIQLAMA
Belə ki, şirkətin 1 səhmi 32 Səudiyyə Ərəbistanı rialı ( təx. 14 AZN) qiymətinə satılıb və bu satışdan “Saudi Aramco” 25,59 milyard ABŞ dolları gəlir əldə edib.
Bu sərmayə satışından sonra neft şirkəti korporativ investorlardan 106 milyard ABŞ dolları, fərdi investorlardan isə 119 milyard dollar yatırım qazanıb.
“CNNTürk”ün xəbərinə görə, bu göstəricidən sonra bazar dəyəri 1,7 trilyon dollara yüksələn “Saudi Aramco” dünyanın ən dəyərli şirkəti olub.
Qeyd edək ki, bundan öncə “Apple” şirkəti 1,1 trilyon ABŞ dolları dəyəri ilə bazarda lider idi.
Oxu