“Apple" məhsullarında boşluq (CVE-2023-37450) aşkarlanıb.
Rusiyada ilk dəfə olaraq “Apple” şirkətinə qarşı inzibati protokol - TƏRTİB EDİLİB
FED.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Boşluq “WebKit” brauzer mühərrikində mövcuddur və hədəf cihazın istifadəçilərini zərərli məzmun mövcud olan veb-səhifələrə yönləndirir.
Boşluğun istismarı kiberdələduza ixtiyari kod icra etməyə, fərdi məlumatları ələ keçirməyə, manipulyasiya etməyə və silməyə imkan verir.
Boşluq aşağıdakı məhsullara təsir göstərir:
1) iPhone 6s (bütün modellər);
2) iPhone 7 (bütün modellər);
3) iPhone SE (1-ci nəsil);
4) iPhone 8 və daha sonrakı;
5) iPad 5-ci nəsil və daha sonrakı;
6) iPad Air 3-cü nəsil və daha sonrakı;
7) iPad Air 2;
8) iPad mini 4-cü nəsil və daha sonrakı;
9) iPad Pro (bütün modellər);
10) iPod Touch (7-ci nəsil);
11) macOS Big Sur, Monterey və Ventura;
Təsirə məruz qalan məhsulların ən son versiyaya yenilənməsi tövsiyə olunur.